4 ölkə lideri Rusiyaya qarşı birgə bəyanat qəbul etdi





Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar.

 

APA-nın “İndependent”ə istinadən verdiyi xəbərə görə, bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır. 

 
Qeyd olunub ki, hadisə nəticəsində bir polis əməkdaşı da zəhərlənib.

 

“Bu, açıq şəkildə beynəlxalq hüququn və Kimyəvi Silahlar Konvensiyasının pozulmasıdır. Biz Rusiyanı Solsberi hadisəsi ilə bağlı bütün sualları cavablandırmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb. 

Tarix: 15-03-2018, 21:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}