QARABAĞ ƏLİLİNƏ “ÖZÜNÜ YANDIR” DEYƏN MƏHKƏMƏDƏN NÖVBƏTİ ÖZBAŞINALIQ

QARABAĞ ƏLİLİNƏ “ÖZÜNÜ YANDIR” DEYƏN MƏHKƏMƏDƏN NÖVBƏTİ ÖZBAŞINALIQ “Rəvan Sığorta” ASC –nin törəməsi olduğu “Nurgün Motors”da 10 min manatlıq saxta defekt aktı tərtib edib xaricdə müalicəyə ehtiyacı olan , düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlili Xaliq Abbaszadədən dələduzluq yolu ilə sığorta ödənişi tələb etməsi gündəmdən düşmür . Fikir verin , yararsız hala salınan da reabilitasiya vasitəsi – “əlil maşını” , cəzalanan da maşına aidliyi olmayan Qarabağ əlili ! Dövlətin himayəsində olan , dövlətin sığortaladığı Qarabağ əlilinə “Rəvan Sığorta” şirkətinin sifarişilə məhkəmə hakimiyyəti dövlətin adından 10 min manata yaxın cərimə yazıb “get,özünü yandır” deyir !(??) Artıq Qarabağ əlili bu “dövlət qayğısı”ndan əlavə xəstəliyə - şəkərə yoluxub . Hər 3 aydan bir Qarabağda aldığı yaralardan əməliyyat olunmağa məcbur olan Qarabağ əlilinə yardım etmək yerinə ,”Rəvan Sığorta” şirkəti əlilin dərman puluna göz dikib . Kim nə deyər belə qeyrətə ? Özü də Qarabağ əlilinə aid olmayan reabilitasiya vasitəsinin məhv olunmasına görə ! Bəs məhkəmə bunu niyə görməzliyə vurur ? Dillər əzbəri olan gülməcədə deyildiyi kimi , hakimlər niyə “ayıya əmoğluluq” edirlər ? Baxın , Nərimanov rayon məhkəməsinin (hakim Ramin Quliyev) eyni tərəflər arasında , eyni predmet və əsaslar üzrə qanuni qüvvəyə minmiş 18.11.2015 tarixli qətnaməsi olduğu halda Sabunçu məhkəməsi “Rəvan Sığorta”nın şəhidə və əlilə qarşı saxta iddiasını icraata götürüb . Gerçəkdə saxta iddiaçını cəzalandırmaq yerinə , cavabdehin ölməsini “əsas tutub” aidiyyəti Suraxanı məhkəməsinə dəyişən hakim İmran Burcayevin 10.02.2016 tarixli qərardadından şikayət vermə müddəti başa çatmamış Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov işi icraata götürüb !(??) Nə qədər zavallı əlil olaya və maşına aidliyi olmadığını , tərəfin ölməsilə icraata xitam verilməli olduğunu , eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olduğunu yazılı şəkildə bildirsə də , qarşılıqlı iddia , vəsatətlər versə də məhkəmələr özlərini kar – korluğa qoyub .
28.11.2016- cı ildə Ramil Həsənov Qarabağ əlilini hazırlıq iclasına çağırıb və iclassız cərimə edildiyini bildirərək “get , özünü yandır” qərarını verib” . Bu “yandırma qərarı”nı icra etməyə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı , professor Hacıbala Abutalıbov polisə göstəriş verməklə mane olub . Hələ də 28.11.2016 tarixli akt Qarabağ əlilinə verilməyib . Bakı Apellyasiya Məhkəməsi isə 12.01.2017 tarixində elektron poçtla apellyasiya instansiyasının 18.08.2016 tarixli qərardadını əlilə göndərib və qarşlıqlı iddiaçı , ilkin iddia üzrə cavabdeh Qarabağ əlili bu qərardaddan kassasiya şikayətini Ali Məhkəməyə göndərib .Bu isə o deməkdir ki , Suraxanı məhkəməsinin 28.11.2016 tarixli aktı avtomatik etibarsız , hüquqi qüvvəsi olmayan kağız parçasıdır , yalnız “özünü yandırma” qərarına yardımçı ola bilər . Şikayət vermə müddəti başa çatmamış qərar qəbul edən hakim Ramil Həsənov isə növbəti dəfə hakim adına xələl gətirən özbaşınalığa əl atıb . Suraxanı məhkəməsinə elektron poçtla 28.11.2016 tarixli aktdan şikayət verən Xaliq Abbaszadənin telefonuna sözügedən rayon məhkəməsinin icra məmuru Vüsal Əliyevin 0705717878 nömrəsindən zəng edilərək “Rəvan Sığorta”ya borcunu ödəmək tələb olunub . Axı məhkəmə qərarı qanuni qüvvəyə minməyib ! İcra məmuru öncə məhkəmədən əlilə verilməyən qərarı alıb verəcəyini , əlilin icra sənədini göndərmə tələbindən sonra isə telefonla bildiriş (??) etdiyini deyib . Özbaşınalığa fikir verin , məhkəmə əlilə qərarını vermədən , qərardan şikayət vermə müddəti bitməmiş saxta aktını icraya yönəldib ?! (??) Hər halda icra məmuru Vüsal Əliyevin zəngindən belə anlaşılır .
Məhkəmənin “get,özünü yandır” “qayğısı” ilə qarşılaşan əlilin Ədliyyə Nazirliyinə , Məhkəmə Hüquq Şurasına , Ombudsmana və s. şikayətlərinə də “məhkəmənin işinə qarışa bilməmə” adıyla baxılmır . Bəyəm “özünü yandırma qərarı” məhkəmə işidir ? Bəs onda Ombudsman kimə müvəkkilik edir , Məhkəmə Hüquq Şurası nəyə lazımdır ? Büdcədən bu qurumların maliyyələşməsi məntiqə sığırmı ?
Məğrur Bədəlsoy
Tarix: 25-01-2017, 22:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}