Elmar Vəliyevin güllələnməsinə sevinənlər - doğrudurmu...


İlham İsmayıl: “Şadyanalığı yaradan səbəblərə baxmaq lazımdır”; Azad İsazadə: “Kimsə bu şəxsin fəaliyyətindən narazıdır deyə başına gələnlərə görə sevinir; amma toy-bayram da yoxdur”

Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olayı maraqlı bir məqamın da üstünü açdı. Hadisənin baş verdiyi dəqiqələrdən etibarən sosial şəbəkələrdə bununla bağlı sevinc dolu statuslar paylaşıldı, bəzi sosial şəbəkə istifadəçiləri bunun çoxdan gözlənilən olduğunu, digərlərinə də görk olmalı olduğunu yazdı. Hətta Gəncədə bu olayın ardınca şadyanalıq əhval-ruhiyyəsinin olması, insanların bu xəbəri “bayram” kimi qarşılaması da yayılan xəbərlər arasında idi. “Mən də olsam, mən də eyni şeyi edərdim...” tipli bəyanatlar da sosial şəbəkələrdə yayıldı.

Amma məsələyə humanizm, insani nöqteyi-nəzərdən yanaşanda, bu, nə dərəcədə doğrudur? Yəni əgər ortada insan faktoru varsa, onun ağır yaralanması, ölüm ehtimalı insanları sevindirməlidirmi? Bu, hansı ruh halının göstəricisidir?

“Yeni Müsavat” xatırladır ki, bu mövzu ilə bağlı qəzetimizin facebook səhifəsi üzərindən gerçəkləşdirdiyi canlı yayımda qonaq olan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl da olaya fərqli yanaşma sərgiləmişdi.  İ.İsmayıl öncə bu sui-qəsdi törədən Yunis Səfərovdan xalq arasında qəhrəman düzəldilməsi, onun barəsində müsbət rəy yaranması ilə bağlı duruma rəy bildirib: “Biz bilirik ki, bu, cinayətkardır. Perspektiv qanuni oğrudur.  Türmədən çıxandan sonra da avtoritet bir adam olacaq. Amma nəzərə alın ki, o, gedib bir orta məktəb müəlliməsini güllələsəydi, buradan Gəncəyə gedib onu asardıq. Bu, pis nümunədir. Amma başqalarına bir nümunə, profilaktika oldu. Qubada icra başçısının evi yandırılanda yazmışdım ki, icra başçısının evi Bastiliya deyil. Xalqı niyə təhqir edirsiz? Təhqir edəndə cavab da belə olur. Bu işin davamı da ola bilər. Həm hüquq-mühafizə orqanlarının, təhlükəsizlik sisteminin üzərinə məsuliyyət düşür”.

İlham İsmayıl musavat.com ile ilgili görsel sonucu

Müsahibimiz eyni zamanda E.Vəliyevin güllələnmə olayı ilə bağlı insanların sevinməsinə də rəy bildirdi. Dedi ki, şadyanalığı yaradan səbəblərə baxmaq lazımdır: “Bu cani məhkum olunmalıdır. Amma siz Basstiliya olayını yada salın. Həmin hadisələr zamanı komendantın başını kəsirlər, bütün Paris əhli arasında onun başını alqışlaya-alqışlaya gəzdirirlər. Humanizm baxımından bu, düzgün deyil. Amma orada qiyam baş vermişdi. Gəncədəki şadyanalıq daxildəki sevincin üzdəki inikasıdır. Başqa bir şey deyil. ”İki insanın həyatına qəsd olunub. Niyə sevinirsiz?" deyə soruşsaq, onlar deməyəcəklər ki, niyə sevinirlər. Onlar deyəcəklər ki, filan vaxt bunu edib, başqa vaxt mənə qarşı onu edib. Məsələnin mənəvi tərəfindən daha çox mənbəyini ortaya çıxarırlar".

Psixoloq Azad Ä°sazadÉ ile ilgili görsel sonucu

Psixoloq Azad İsazadə isə hesab edir ki, bu durumla bağlı xalq sevinmir. Onun hansısa nümayəndələri bəlkə sevinir, kimsə bəlkə də kədərlənir:  “Amma ümumiyyətlə, xoşagəlməz hadisədir. Bəlkə sosial şəbəkədə kimsə nəsə yazır. Amma bunu ümumiləşdirmək olmaz. Maraq var. Bunu özümüz görürük - kriminal verilişə, hadisələrə insanlar daha çox meyl edirlər. Sözsüz ki, bu kriminal hadisə hansısa rütbəli məmurla bağlı olanda maraq ikiqat artır. Daha düz olar ki, biz bu hadisədən insanların sevindiyini yox, maraqlandığını deyək. Yəni bu, onları maraqlandıran hadisədir. Kimsə bu şəxsin fəaliyyətindən narazıdır deyə başına gələnlərə görə sevinir. Amma toy-bayram da yoxdur. Birinci emosiya  - maraqdır. Maraq daha kütləvi əhəmiyyət daşıyır. Emosional reaksiyada bir neçə emosiya var”.

A.İsazadə dedi ki, ümumiyyətlə, belə vəzifəli məmurlarla bağlı məlumatlar azdır və cəmiyyət olaraq praktiki bu məlumatları almırıq. Onun sözlərinə görə, məlumat alanda da ancaq müxalif mediadan, neqativ detallarla bağlı bilgilər əldə edirik: “Dövlət başçısı hansısa məmura ad-orden verəndə xəbər tuturuq. Belə vəzifəli insanlar kölgədə qalır. Bizdə qeyri-adi məmurlara sui-qəsd olunmur. 90-cı illərdən bəri olmayıb. Buna qarşı maraq daha çoxdur. Bir-birinə zidd olan məlumatlar. Gah məlumat verildi ki, sağdır. Gah da dedilər ki, vertolyotla onu gətiriblər. Amma yenə də bunu mətbuatdan eşitmişik. Hesab edirlər ki, xalq bunu bilməməlidir. Vəzifəli insanların həyatı və hadisə haqqında məlumat olmalıdır”.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

Tarix: 6-07-2018, 08:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}