Neymar heç kimin bacarmadığını etdi - VİDEO

 Neymar heç kimin bacarmadığını etdi - VİDEO Neymar yeni rekord müəyyənləşdirib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda PSJ-ni 6:1 hesabıyla yenən “Barselona”nın üzvü məhsuldar ötürmə sayını 8-ə çatdırıb.

İlk dueldə 0:4 hesabıyla uduzduqları Fransa klubunun devrilməsinə 2 qolla töhfə verən “sambaçı” qitənin ən nüfuzlu turnirində heç kimin bacarmadığını gerçəkləşdirib. Bir mövsümə 8 qol ötürməsi ÇL tarixində rekorddu.

Neymar oyundan sonra belə deyib: “Həyatımın ən gözəl oyunu idi. Rəqibin topu özündə saxlaya bilmədiyini, bizdən qorxduğunu hiss etdik və təzyiqi artırdıq. Çox xoşbəxtəm. Bizə inanmayanlar çox olsa da, biz inanılmazın reallaşa biləcəyinə inanırdıq”.
Tarix: 11-03-2017, 07:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}