Dünyanın gözü bu qarşılaşmada: Josua – Klickoya qarşı

Qarşılaşma üçün 80 min bilet satılıb Dünyanın gözü bu qarşılaşmada: Josua – Klickoya qarşı “AzPolitika” xəbər verir ki, ağır çəkidə boks sevərlərin uzun zamandır gözlədiyi Josua – Klicko qarşılaşmasına dünyada böyük maraq var. 90-cı illərin sonundakı Tayson – Holifild, 2000-ci illərin əvvəlindəki Tayson – Luiz qarşılaşmalarından bu yana, Klicko qardaşlarının bəzi matçları xaricində, ağır çəki dünyası sakit qalmışdı.[/b]

Josua: 18 qarşılaşmada 18 nokaut!

27 yaşındakı britaniyalı boksçu Antoni Josua rinqə IBF kəməri ilə çıxacaq və Klickonu məğlub etdiyi halda WBA kəmərini də qazanmış olacaq.

Josua bu günə qədər çıxdığı 18 qarşılaşmanın 18-ni də nokautla qazanmağı bacarıb və müdhiş bir statistika əldə edib.

Vladimir Kliçko isə ötən ilin noyabr ayında Tayson Furiyə məğlub olduğu matçdan sonra bir daha rinqə çıxmayıb.

Nəzərinizə çatdıraq ki, aprelin 29-u, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşma İngiltərənin “Wembley” stadionunda keçiriləcək.

Siam.az
Tarix: 29-04-2017, 07:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}