O "monopolist" məmurları yıxıb sürüdü - BƏSDİRİN

O "monopolist" məmurları yıxıb sürüdü - BƏSDİRİN Siam.az keçmiş maliyyə naziri, iqtisadi elmlər doktoru, professor Saleh Məmmədovun bizimyol.info-ya müsahibəsini təqdim edir:

– Saleh müəllim, ölkənin hazırkı iqtisadi vəziyyətini necə dəyərləndirirsiniz?

– Çox zəif. Norveç olacaydıq, Nigeriya olduq.

– Nədə ifadə olunur Nigeriya olmaq?

– Son iki ildə beynəjxalq qiymətləndirmə üzrə iqtisadi potensial iki dəfə azalıb, və geriləmə davam edir. Nisbi göstəricilərə görə ümumdünya orta səviyyəsindən 2,5 dəfə geri qalırıq.

– Müəllim kimi 5 ballıq sistemlə ümumiləşdirilmiş qiymət versəniz…

– 2013-ə qədər müsbət iqtisadi tədbirlər nəzərə alınmaqla minus 3. 0.

– Səbəb nədir?

– Monopoliya, (inhisar) və iqtisadi represiyya, korrupsiya, səmərəsiz iqtisadi siyasət – vaxtilə Nigeriyada olan eyni səbəblər. Norveçdəki kimi iqtisadi siyasət qurulsaydı, Norveç kimi olardıq bə bu millətə Norveç daha çox yaraşır.

– Neynəmək olar, tam ümidslikdi, yoxsa, bir şey etmək olar?

– İnam bitən yerdə həyat bitir. İki dəfə biznesdə iflas olan, 16 dəfə seçkilərdə uduzan və bundan sonra dünyanın ən məşhur prezidentinə çevrilən Linkoln deyirdi ki, həmişə, hətta heç kim sizə inanmayanda özünüzə inanın. Hələ ki, Azərbaycanda Linkolunun dediyi etibarsızlıq alınmayıb. Bu günkü hakim elitanın iki yolu var, ya köklü islahatlar edib, ölkəni bu vəziyyətdən qurtarıb, dünya birinciləri sırasına gətirib, yaxşı mənada tək qüvvə kimi tarixə düşəcəklər (məsələn Sinqapurda Li Kuanın Xalq partiyası və Cənubi Koreyada Pak Çonxi kimi ), ya çox ağır aqibətlə tarixdən silinəcəklər. İkinci, heç kimə əl verən deyil. İqtidarın məmur oliqarxlarından və müxalifətin özünə vurulmuş müştəbehlərindən başqa millətin əksəriyyəti birinciyə üstünlük verərdi.

– Çox nikbin deyilsiz ki?

– Niyə də olmayım, Niyə Azərbaycanın 124 dəfə kiçik ərazidə yerləşən, heç nəyi olmayan Sinqapurlu və ya heç nəyi olmayan gürcü və daha bir çoxları nikbin ola bilir və dünya birinciliyinə çıxa bilirlər, hər cür resursa vara dövlətə sahib ölkənin mən vətəndaşı nikbin olmamalıyam.

-Hökümət neynəməlidi ki, yuxarıda dediyiniz kimi, hakim partiya tarixə düşə bilsin?

– Birinci növbədə iqtisadiyyatı düzəltməlidir. Ölkənin bütün müqəddaratı, suverenliyi, müdafiəsi iqtisadiyyatın səviyyəsindən asılıdır. Hakim partiyanın banisi H. Əliyevin bu sözünü daimi təkrarlamaları lazımdı: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdi. Hiss edirsinizmi, 2014-cü oldən sonrakı durumu? İqtisadiyyat zəifləyən kimi hər tərəfdən hücumlar, sıxışdırma, hətta düşmənin davranışını. Üç müqayisə: 1. 1965-ci ildə Sinqapur Malaziya müstəmləkəçiliyindən ayrılanda dünyanın ən geridə qalmış ölkələrindən idi, malaziyadan 100 dəfə az iqtisadi potensiala malik idi, və hər han hücum gözləyirdi, indi isə Malaziyyadan xeyli çox istehsala, iki dəfə çox ixraca sahibdi, heç suverenliyin itirilməsi haqında düşünmür də, Üstəlik Malaziya kimi başqa bir dövləti də qoruya biləcək orduya malikdi. 2. İsrail bütün Ərəblərin əhatəsində və basqısı altında qurulanda zəif kiçicik bir dövlət indi iqtisadi qüdrətin güclənməsi hesabına bütün Ərəb dünyasını tənzimləmək potensialına sahibdir. 3. Cənubi Koreya ABŞ və Türkiyənin bilavasitə köməyi ilə Rusiyanın əsarətindən qurtaranda (1953) Rusiyadan yüz dəfə zəif, geridə qalmış dövlət idi, bu gün Rusiyadan 30% çox məhsul istehsal edir, 1.5-2 dəfə çox büdcəyə və ixraca malikdir. Olduqca güclü orduya və müdafiə qabiliyyətinə malikdir. Heç bir təbii resursa, təbiətə, hətta minimum zəruri əraziyə malik olmayan bu ölkələr hamısı ayırıldığı müstəmləkəçi ölkələrdən qat -qat artıq iqtisadi gücə nail olublarsa, hər cür imkanımız ola ola biz niyə ola bilmirik? İmkan var, yalnız onları reallaşdırmaq lazımdır. Həm də bizim insan potensialımız bu gün onların start şəraitində insan potensialından qat qat güclüdü.

– Amma necə reallaşdırmaq? Hökümətdəkilər bəyəm bilmir bu təcrübələri?

– Heç birini imtahan etməmişəm. Bilmirəm. Amma mən bütöv konsepsiya hazırlamış və dəfələrlə mətbuatla hər yerə çatdırmışam. Molla Nəsrəddin damdan düşür və müxtəlif həkim loğman gəlir, köməyi olmur. Molla deyir, qardaş mənə bir damdan düşmüş gətirin, o mənim dərdimi hamıdan yaxşı biləcək. O damdan düşmüşlər var, bu yolu keçiblər. Mən bunların hamısının təcrübəsindən yararlanmışam, ayrı- ayrı sahələrdin təşkili zamanı isə o sahə üzrə birinci yerdə duranların təcrübəsi əsas götürülmüşdür.

– Konkretləşdirə bilərikmi? Nəyi etməyib hökümət və nədən başlamalıdı?

– Edilibsə də, nəticəsizdi, daha doğrusu mənfi nəticəlidi. Maqistr dissertasiyası səviyyəsində bir nəzəri tədqiqat işi ortaya qoyulub, bu da keçmiş Kommunist partiyasının qərarlarını xatırladır, yəni yaxşılaşdırılsın, təkmilləşdirilsin göstərişlərinin məcmuundan ibarət. Nəticəsi də gördüyünüz kimi geriləmədə davamlılılığı təmin etmək olubdur.

–Nədən başlamalı?

– İlk növbədə heç bir xərc tələb etməyən təşkilatı asanlaşdırmaya yönəlik operativ həyata keçirilən tədbirlər, biznesin liberallaşdırılması, monopoliyanın aradan qaldırılması, maliyyə göstəricilərinin böhranın xüsusiyyətlərinə uyğunlaşdırılması və s., arxasınca və ya parallel olaraq, ölkəyə investisiya axınını təmin etmək. Ölkə maliyyə qıtlığı içərisində boğulur, hökümət kəndiri daha da bərk çəkir.

– Biznesin liberallaşdırılması üzrə xeyli iş görülmüşdür axı?

– Vəziyyəti daha da pisləşdirmək üçünmü? Doing business reytinqinə görə 2015-ci ildə 190 ölkə içərisində 63 yerdə olmuşuq, amma 2016 hesabatında 65-ci yerə enmişik.

– Sizin təklif nədir?

– İnkişafda birincilər sırasına daxil olmaq istəyiriksə, Doing business reytingində də birinci yeri hədəfləməliyik. Bu sadəcə socialist yarışı deyil, məqsədə nail olmaq üçün vasitədir. Biznes liberallaşmasının 12 göstəricisi var, müəssisələrin qeydiyyatından tutmuş, vergiləndirmə, kreditləşmə, ixrac-idxal əməliyatları, məhkəmə icrasına, investitiyaların qorunmasına və s. qədər. Sadəcə təlimatları bu sahələr üzrə birinci yerə çıxan ölkələrin təlimatlarına uyğunlaşdırmaq lazımdır, bununla da reytinqdə Azərbaycanı birinci yerə çıxaracaq. Bu isə yalnız bu amil hesabına illik 4-5% artım, həm də ölkənin bütün dünyada ən liberal ölkə kimi tanınması deməkdir. Milyardlarla boş tanıtma məsrəflərinə heç ehtiyac qalmayacaq.

– Bunun tətbiqi Azərbaycan şəraitində çox çətin olmayacaqmı?

-Qətiyyən, president dəvət edib uyğun nazirlik və təşkilatlara göstəriş versə ki, ya kreslonuz, ya sizin sahəniz üzrə reytinqin Sinqapur, Danimarka, Yeni Zelandiya və ya Cənubi Koreya səviyyəsinə qaldırmaq. Azərbaycanda kresloların dəyəri çox böyükdü, hər kəs buna nail olacaqdır. Bu təlimatların və qaydaların yenilənməsi ən çoxu bir həftənin işidi.

– Bu təlimatları icra eləmək və iqtisadi artımı təmin edə biləcək insan gücü varmı:

– Sizə bir fakt deyim: Sovet dağıldlqdan sonra ölkədən çıxıb gedənlərdən 7-8 milyarder yaranmışdır. Nisbətən liberal iqtisadiyyat şəraitində Bu milyarderlərin toplam istehsalı bütöv Azərbaycanın isthsalından bir neçə dəfə çoxdur, onların həmin ölkələrin büdcələrinə ödədikləri məbləğ də bizim büdcəmizdən bir neçə dəfə çoxdur. Amma bizim repressiv iqtisadiyyatımızda bir nəfər də olsa rəsmi milyarder yoxdur. İndi baxın, dünyanın ən liberal iqtisadiyyatını qura bilsək, nə qədər milyarderimiz olardı və onlar ölkəyə nələr verə bilərdi?

– Bank sisteminin vəziyyəti haqqında nə düşünürsüz?

– Bank sistemi yoxdu Azərbaycanda, sadəcə Sovet kassa-hesablaşma mərkəzləri var, onların da əsas istiqaməti Şərqdən qərbə pul axının üçün karvan yollarıdı. Müasir bank sistemini qurmaq lazımdı. Qurmaq üçün birinci növbədə monopoliyanı ləğv etmək lazımdı. Xarici bankları ölkəyə gətirmək, hətta gətirmək deyil, dəvət edib, qarantiya verib, xahiş etmək lazımdı. Çin kimi əsas məqsəd kimi qarşıya qoymaq lazımdır ki, dünyanın top 100 bankını ölkəyə gətirəcəyik. Biri – HSPC 90-cı illərdə çox çətinliklə razılıqla gəlmişdi və aktivlərinin 1%-ni Azərbaycanda yerləşdirməyi planlaşdırırdı. Aktivləri bu bankın bilirsiniz nə qədərdi – 2,5 trilyon dollar, bir faizi isə 25 milyard dollar, Azərbaycanın bütün bank kreditləri isə cəmi 7 milyard dollardı. Bu bank 2-3 ildən sonra Azərbaycandan çıxarıldı, əgər qalsa idi, təsəvvür edin, kredit məbləğini yannız bu bank hesabına 4 dəfə artırmaq olardı. Bu əlavə 3 milyon yeni iş yerinin maya dəyəridir. Ölkədə işsizlərin sayı bundan xeyli aşağıdı. Digər, ciddi monopoliya nizamnamə fondunun minimum həcminə qoyulan məhdudiyyətdi, 50 milyon dollar, Azərbaycanda rəsmi o qədər kapitalı olan adam yoxdu, demək, əvvəlcədən dövlət tərəfindən banklarda rəqabətin aradan qaldırılmasına yönəlib. Bir dənə kənd yerində bank şöbəsi yoxdur, xarici ölkələrdə Azərbaycan banklarının filialları çox zəif və ya korrupsiya uğramışlardı.O "monopolist" məmurları yıxıb sürüdü - BƏSDİRİN

– Yaxınlarda elmin radikal islahatları üzrə təklifləriniz geniş müzakirələrə səbəb olmuşdur, əsas məqsədinizi çatdıra bilərsiniz?

– Müzakirə olunan mənim təkliflərim deyil, ötəri elmin geriliyinin səbəbini izah edən biriki kəlməm. Rəsmi mətbuatda və social şəbəkələrdə qətiyyən müzakirə olunmadı. Yalnız Mirzə Cəlilin müasir Şeyx Nəsrüllahları əsas məsələni qoyub kənara, elmi deyil, İslamı yaxşı başa bilmədiyimi isbatlamağa çalışdılar. Bu da onu göstərirki, müsəlmanla elm heç vaxt bir yerdə olmayacaq. Amma . Elmsiz inkişaf yoxdu, bunu da elmsiz qalaniqtisadiyyatımızın vəziyyəti daha yaxşı ifadə edir. Ən qəribəsi də odur ki, hətta müstəmləkə Azərbaycan Sovet elmindən belə əsər əlamət qalmayıb, elmdən son göstərici – iqtisadi səmərə 100 dəfə aşağı düşüb, uyğun olaraqmaliyyələşmə, maddi texniki baza, elmi kadrlar … Bu acınacaqlı durumu qoyub səbəb deyib molla siyastinin müdafiəsinə qalxan Şeyx Nəsrüllahlara sual ünvanlayıram: bəs kimdi günahkar? Bəlkə dağılmış Sovet rejimi,bəlkə gecə gündüz söydüyünüz Avropa, Amerika, bəlkə yəhudilər, xristianlar, bəlkə, Çin, Yaponiya, Koreya,Sinqapur….? Elmi dərk etmə səviyyəsinə görə düz bir əsr, hətta təməl dərketməyə görə düz 1300-1400 il geriyə qayıtmışıq. Elmin inkişafı sistemi tamamilə yenidən qurulmalıdı. Həm maliyyələşmə həcmi və üsulları və həm də təşkili sistemi tamamilə yenidən qurulmalıdı. Bütün bu proseslərin təşkili zamanı dünya ölkələri üzrə ən qabaqcılların təcrübəsi əsas götürülmüşdür və buna uyğun sistem qurulmuşdur. Necə bir sistem, onu həmin publikasiyada vermişəm, amma sizə də təklifim bundan ibarətdir ki, bu sahəni mətbuat orqanı olaraq nəzarətə götürün, bir yox, çoxsaylı müzakirələr təşkil edin, hər gün müzakirəyə çıxarın, parlam enti, höküməti, elmi qurumları, qüdrətli alimləri, ixtiraçıları, xaricdə yaşayıb işləyən alimləri, mütərəqqi din xadimlərini bu işə cəlb edin. Elmsiz bu ölkənin gələcəyi yoxdu, islamla bir yerdə də elmin gələcəyi yoxdur.

Siam.az
Tarix: 10-11-2017, 23:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}