Sahil Babayevin nəzərinə:- Bərdədə DSMF işləməyən adama borc yazıb

             
   Bərdədə DSMF işləməyən adama borc yazıb.                                                                                                           Hansı ki həm vergi İdarəsi, həm də DSMF fəaliyyətin olmamağı barədə faktı təsdiq edirBərdə şəhər sakini Musa Muradlı belə bir arzu olunmaz vəziyyətlə  üzləşib . Martın beşində EXSPRESSBANK-ın xanım əməkdaşı zəng edib , bildirib ki, Vergilər İdarəsindən hesabınıza gələn puldan 456.00 manatının tutulması barədə sərəncam gəlib.Onu da qeyd edək ki, həmin vaxt hesaba daxil olan pul maaş olub.Xanım əməkdaşa izah olunub ki, DSMF-yə borc  filan yoxdur. Fəaliyyət olmadığı halda 400 neçə manatdırsa qondarma borc yazılıb.Musa Muradlıya DSMF-yə getmək,oradan deyilənləri təsdiq edəcək sənəd almaq,sonra da onu Vergiyə təqdim edib, sərəncamı ləğv elətdirməyin yolu barədə məsləhət verilib.Göstərilən yol ilə gedən Musa Muradlı qondarma borcun yazıldığı dövrdə fəaliyyətin olmadığını təsdiq edən məktubu alıb , 11 saylı Yevlax ƏVİ –nin Bərdədəki xidmət terminalına  yaxınlaşsada ona yazılan qondarma borcun silinməsi yerinə yetirilməyib. Xidmət terminalından bildirilib ki, DSMF-nin fəaliyyətin olmamağı ilə bağlı verdiyi məktub 11 saylı Yevlax Vergilər İdarəsinə göndərilməlidir.Borcun silinməsi haqqında qərar ancaq İdarənin özündə verilə bilər.Bank hesabına göndərilən sərəncamın da geri götürülməsi o, halda mümkündür.Xidmət terminalından sonra 11 saylı Ərazi Vergilər İdarəsinə qondarma borcun ləğvi barədə məktubla müraciət olunub. Onu da qeyd edək ki, Bankdan maaşın götürülməsi Vergilər İdarəsinin qərarından sonra məlum olacaq. Vergilər İdarəsinin Bərdə xidmət terminalından bildirildiyinə görə borcun silinməsi mümkün olarsa, bu xeyli vaxt aparacaq.  Bu gün 11 saylı Yevlax ƏVİ –də  isə bildirilib ki, vətandaş haqlı olmağına baxmayaraq onların bu borcu silməyə səlahiyyətləri çatmır.Banka göndərilən sərəncamı geri götürmək mümkün deyil.Bu səlahiyyət nazir müavinlərinə aiddir.Vergilər İdarəsinin əməkdaşı əlavə edib ki, DSMF-nin fəaliyyətin olmamağını təsdiq edən məktubu  heç nəyi  dəyişməyəcək. Yazılan borc mütləq ödənilməlidir,artıq onun haqqında danışmaq gecdir.Xülasə, indi vəziyyət belədir ki, vətəndaşın fəaliyyəti olmadığı dövrdə ona hesablanan borcu Vergilər İdarəsi ödətdirməkdə israrlıdır.Əldə olan sübutlar vəziyyəti dəyişmək iqtidarında deyil.                                 Siam.az     

Tarix: 6-03-2019, 22:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}